SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” zərərin içində üzür”

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” zərərin içində "üzür”

  • 19 avqust 2025, 13:56

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,5 milyon manat zərər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,65 dəfə azdır.

Bu il iyulun əvvəlinə “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin aktivləri 16,3 milyon manat (yanvarın əvvəlinə nisbətən 14% az), o cümlədən öhdəlikləri 14,5 milyon manat (12,5% az), balans kapitalı isə 1,8 milyon manat (24,35%) az olub.

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2019-cu ildə yaradılıb, 200 min manat nizamnamə kapitalına malikdir. Afaq Məcidovaya məxsus şirkət Azərbaycanın aqrar sektorunu gübrə və kənd təsərrüfatı istehsalı vasitələri ilə təmin edən əsas şirkətlərdən biridir.

Skat.az - Ev və Avtomobil elanları