Biləsuvarın üzüm bağları mildium və omidium xəstəliklərinə tutulub.
Yurd.Media xəbər verir ki, ziyanvericilərin təsiri nəticəsində məhsuldarlıq aşağı düşüb.
Rayonda çiçəkləmə dövründən qabaqkı mərhələlərdə mildium xəstəliyinə rast gəlinir. Omidium xəstəliyi isə hazırkı dövrə kimi müşahidə olunur. Sözügedən xəstəliklərin qarşısını almaq üçün kükürd tərkibli birləşmələrdən istifadə olunur.
Biləsuvar Bitki Mühafizə və Fumiqasiya Mərkəzindən bildirilib ki, bağlara baxış keçirilib və üzüm kollarına yeni feromon tələlər asılıb. Bu il üzüm sahələrində əsasən giləqurdu və omidium xəstəliyi aşkarlanıb, onlara qarşı mübarizə tədbirləri həyata keçirilib.