SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Aqrar İnnovasiya və Təchizat Şirkətinin aktivləri 12%-ə yaxın azalıb

"Aqrar İnnovasiya və Təchizat Şirkəti"nin aktivləri 12%-ə yaxın azalıb

  • 13 iyul 2026, 09:03

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,1 milyon manat mənfəət əldə edib (əvvəlki ili 1,8 milyon manat zərərlə başa vurmuşdu).

Bu ilin əvvəlinə "Aqrar İnnovasiya və Təchizat şirkəti"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 11,7% az - 16,7 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 15,2 milyon manat (7,9% az), balans kapitalı isə 1,5 milyon manat (37,8% az), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları