SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bu ərazidə sotu 55 manatdan torpaq almaq olsr - CƏDVƏL

Bu ərazidə sotu 55 manatdan torpaq almaq olsr - CƏDVƏL

  • 11 iyul 2026, 13:31

Azərbaycanda bələdiyyə torpaqlarının satışı və uzunmüddətli icarəyə verilməsi ilə bağlı növbəti hərracın tarixi açıqlanıb.

Yurd.Media Baku.ws-ə istinadla xəbər verir ki, torpaq müsabiqələri və hərracları avqustun 12-də keçiriləcək.

Bu dəfə ölkənin müxtəlif rayonlarını əhatə edən ümumilikdə 29 torpaq sahəsi hərraca çıxarılıb. Torpaq sahələri əsasən kənd təsərrüfatı, heyvandarlıq, bağçılıq, fərdi yaşayış evi tikintisi və sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub. Hərraca çıxarılan torpaqlar Xızı, Siyəzən, Zərdab, Goranboy, Şabran, Xaçmaz, Cəlilabad, Yardımlı, Qobustan, Qax və Balakən rayonlarını əhatə edir.

Hərracın diqqətçəkən detalları:

- Ən böyük sahə: Xızı rayonunun Sitalçay kəndində yerləşən 110 hektarlıq örüş sahəsidir. 15 il müddətinə heyvandarlıq məqsədilə icarəyə veriləcək bu sahənin ilkin hərrac qiyməti 5 940 manat müəyyən edilib.

- Fərdi yaşayış üçün: Xaçmaz (Nağıoba və Qıraqlı kəndləri) və Yardımlı rayonlarında fərdi yaşayış evi tikintisi üçün torpaqlar satışa təqdim olunur.

- Sahibkarlıq: Goranboy rayonunun Borsunlu kəndində yerləşən 30 kvadratmetrlik sahibkarlıq təyinatlı torpaq sahəsi də 1 800 manat ilkin qiymətlə hərraca çıxarılıb.

Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün əkin və örüş sahələri 5 və 15 il müddətinə icarəyə təklif olunur.

Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər torpaq sahələri ilə bağlı ətraflı məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrindən və ya bələdiyyələrdən əldə edə bilərlər.

ƏraziQurumƏməliyyatSahəTəyinatİlkin qiymət (AZN)
Xızı, ŞorabadGiləzi Bələdiyyəsi15 illik icarə3 haHeyvandarlıq162
Xızı, SitalçayGiləzi Bələdiyyəsi15 illik icarə110 haHeyvandarlıq5 940
Siyəzən, TuğayYenikənd Bələdiyyəsi15 illik icarə5 000 kv.mKənd təsərrüfatı istehsalı55
Zərdab, BıçaqçıBıçaqçı Bələdiyyəsi15 illik icarə2 haKənd təsərrüfatı istehsalı300
Zərdab, BıçaqçıBıçaqçı Bələdiyyəsi15 illik icarə1,3 haKənd təsərrüfatı istehsalı195
Zərdab, İsaqbağıDəkkəoba Bələdiyyəsi15 illik icarə1 haHeyvandarlıq130
Goranboy, BorsunluBorsunlu BələdiyyəsiSatış30 kv.mSahibkarlıq1 800
Şabran, PirəmsənGəndov Bələdiyyəsi15 illik icarə3 haHeyvandarlıq360
Şabran, RəhimliRəhimli Bələdiyyəsi15 illik icarə1,94 haKənd təsərrüfatı istehsalı194
Xaçmaz, DədəliQusarçay Bələdiyyəsi15 illik icarə3,9 haKənd təsərrüfatı istehsalı487
Xaçmaz, SibirobaQusarçay Bələdiyyəsi15 illik icarə4 haKənd təsərrüfatı istehsalı500
Xaçmaz, NağıobaQusarçay BələdiyyəsiSatış430 kv.mFərdi yaşayış evi2 266
Xaçmaz, NağıobaQusarçay BələdiyyəsiSatış1 200 kv.mFərdi yaşayış evi6 324
Xaçmaz, NağıobaQusarçay BələdiyyəsiSatış1 200 kv.mFərdi yaşayış evi6 324
Xaçmaz, NağıobaQusarçay BələdiyyəsiSatış1 200 kv.mFərdi yaşayış evi6 324
Xaçmaz, NağıobaQusarçay BələdiyyəsiSatış1 200 kv.mFərdi yaşayış evi6 328
Xaçmaz, QıraqlıNərəcan BələdiyyəsiSatış547 kv.mFərdi yaşayış evi3 610
Xaçmaz, MeçitobaNərəcan Bələdiyyəsi15 illik icarə7 000 kv.mKənd təsərrüfatı istehsalı140
Xaçmaz, YataqobaNərəcan Bələdiyyəsi15 illik icarə1,43 haKənd təsərrüfatı istehsalı286
Cəlilabad, SeyidbazarCəlilabad Bələdiyyəsi15 illik icarə1,34 haKənd təsərrüfatı istehsalı382
Yardımlı, GilarŞəfəqli BələdiyyəsiSatış521 kv.mFərdi yaşayış evi2 100
Qobustan, BəkləCəyirli Bələdiyyəsi15 illik icarə2,67 haKənd təsərrüfatı istehsalı267
Qobustan, BəkləCəyirli Bələdiyyəsi15 illik icarə2,6 haKənd təsərrüfatı istehsalı260
Qax, UzuntalaQaxbaş Bələdiyyəsi5 illik icarə7,76 haKənd təsərrüfatı istehsalı1 552
Qax, UzuntalaQaxbaş Bələdiyyəsi5 illik icarə1,95 haKənd təsərrüfatı istehsalı390
Qax, UzuntalaQaxbaş Bələdiyyəsi5 illik icarə1,63 haKənd təsərrüfatı istehsalı326
Qax, UzuntalaQaxbaş Bələdiyyəsi5 illik icarə4,30 haKənd təsərrüfatı istehsalı860
Balakən, PüştətalaKortala Bələdiyyəsi15 illik icarə8 000 kv.mBağçılıq240
Balakən, PüştətalaKortala Bələdiyyəsi15 illik icarə4 100 kv.mBağçılıq123
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları