SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azərbaycana xaricdən gətirilən qoyunların sayı artdı: Qiymət niyə enmir?

Azərbaycana xaricdən gətirilən qoyunların sayı artdı: Qiymət niyə enmir?

  • 14 aprel 2025, 22:10

Bu ilin ilk iki ayı ərzində xaricdən Azərbaycana 4 915 baş diri qoyun gətirilib. Qoyunlar Dağıstan , Rusiya və Gürcüstandan idxal edilib. Bir sözlə ölkəyə idxal 29 dəfə artıb.

Yurd.Media xəbər verir ki, iqtisadçı Xalid Kərimli "Xəzər TV"yə açıqlamasında örüş sahələrinin əkinə verilməsi, istiləşmə nəticəsində bir sıra örüşlərin ot örtüyündən məhrum olması və ölkədə ot istehsalının azalmasının heyvandarlığa mənfi təsir göstərdiyini bildirib.

O vurğulayıb ki, yerli mal-qaranın azalmasının əsas səbəblərindən biri də təbii otlaq sahələrinin azalması, şoranlaşma və əkinçiliklə bağlıdır.

Ət kəsimi məntəqələrində bildirilib ki, idxal artıb. Amma bazara daha çox yerli xırdabuynuzlu heyvanlar çıxarılır. Xaricdən idxal olunan məhsul isə daha çox restoranlar və müxtəlif iaşə obyektləri üçün əlverişlidir.

Satıcılar hazırda bazarda 1 kiloqram qoyunun ətinin qiymətinin 20-21 manat arasında dəyişdiyi deyir.

Onlar bunu yem qiymətlərinin artması ilə də əlaqələndirirlər.

İsti aylarda ətə olan tələbatın azaldığına da diqqət çəkir və bunun qiymətə təsir edəcəyini, yəni yay aylarında ətin qiymətində ucuzlaşma olacağının gözlənildiyini də vurğulayıblar.

Ətraflı süjetdə:

Prime Leasing