Ağcabədi pambıqçıları ötən il tarlalardan 41 min 268 ton məhsul əldə olunub ki, bu da rayon üzrə son 10 ilin ən yüksək göstəricisidir.
Yurd.Media xəbər verir ki, rayonda 2025-ci təsərrüfat ilində “Azərpambıq” MMC-nin Ağcabədi filialı, “Prime cotton” MMC-nin Ağcabədi filialı, “P-Aqro” MMC, “Hüseyn Pambıq İK” MMC, “Prime cotton” MMC-nin Ağdam filialı, “Azərpambıq” MMC-nin Ağdam filialı, “Azərşəkər” MMC və “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə, 11 min 821,7 hektar sahədə pambıq becərilib. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində yüksək məhsuldarlığa nail olunub.
Fermerlərdən 298 nəfəri 45 sentnerdən yüksək məhsul əldə edib. Rayon üzrə orta məhsuldarlıq isə 34,9 sentner olub.