SÜJET
Azərbaycanın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini başa çatıb.
Yurd.Media xəbər verir ki, “Prime Cotton” MMC, “Azərpambıq” MMC, “P-Agro” MMC, “Cotton Trade” MMC, “Hüseyn Pambıq İK” MMC və “Azərşəkər” MMC ilə müqavilə əsasında 11 min 780,81 hektar sahədə çiyid səpini həyata keçirilib.
Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır. Artıq səpin aparılmış ərazilərin 11 min 138 hektarında çıxış alınıb.
Hazırda sahələrdə becərmə işləri aparılır. Bu günədək 4977,87 hektarda birinci kultivasiya işləri görülüb, 5772,17 hektar sahə gübrələnib, 5944,3 hektar sahə dərmanlanıb.
Qeyd edək ki, 2024-cü ildə Ağcabədi rayonunda 13 min 112 hektar sahədə pambıq əkilib, 37 min 277 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,4 sentner olub.