Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC işini təkmilləşdirərək müasir standartlara uyğun qurmalı, elmi-texniki potensialını gücləndirməli olacaq.
Bu barədə Yurd.Media-ya Agentlikdən bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli "Azəryolelmitədqiqatlayihə İnstitutu”na və onun Təcrübə-Sınaq Laboratoriyasına baş çəkib.
Sədri görülən işlər barədə İnstitutun direktoru Azər Nemətli məlumatlandırıb.
V.Nəsirli ona tövsiyə və tapşırıqlar verib.
V.Nəsirli Dövlət Agentliyinin rəhbərliyinə bu il fevralın 6-da gətirilib. Ondan əvvəl quruma Saleh Məmmədov sədrlik edib.