SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Vətəndaşlara ŞAD XƏBƏR: Sabahdan bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

Vətəndaşlara ŞAD XƏBƏR: Sabahdan bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

  • 30 iyun 2025, 11:40

"Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin və eləcə də qiymətin azalmasına səbəb ola bilər".

Yurd.Media xəbər verir ki, bu fikirləri iqtisadçı-deputat Vüqar Bayramov bildirib.

O bildirib ki, artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən əlavə dəyər vergisinin 50 faizi ("ƏDV cashback") geri qaytarılacaq:

"Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq".

Deputat qeyd edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir:

"Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib".

Prime Leasing