SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
SOCAR yeni şirkət yaradıb

SOCAR yeni şirkət yaradıb

  • 12 noyabr 2025, 11:19

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SOCAR Şəfəq-Asiman" MMC-ni dövlət qeydiyyatına alıb.

Yurd.Media xəbər verir ki, yeni kommersiya qurumu Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Rəşad Zahir oğlu Bəxtiyevdir. O, həm də SOCAR-ın bu ilin may ayında yaratdığı “SOCAR Zone I” MMC-nin direktorudur. 

Prime Leasing
SPE Annual Caspian