SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan Avstriya şirkətlərini Qarabağda görmək istəyir

Azərbaycan Avstriya şirkətlərini Qarabağda görmək istəyir

  • 04 mart 2026, 22:04

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərində Avstriya şirkətlərinin cəlb olunmasına maraq göstərir.

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu məsələ nazirin I müavini Elnur Əliyevin Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruberlə görüşündə əsas müzakirə obyekti olub.

Tərəflər kənd təsərrüfatı, sənaye, enerji, o cümlədən bərpa olunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsini nəzərdən keçiriblər. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları