SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan Prezidenti qaz hasilatı ilə bağlı gözləntiləri AÇIQLAYIB

Azərbaycan Prezidenti qaz hasilatı ilə bağlı gözləntiləri AÇIQLAYIB

  • 03 mart 2026, 16:14

Azərbaycan Prezidenti İlham Əliyev yeni qaz hasilatı ilə bağlı gözləntiləri açıqlayıb.

Yurd.Media-nin məlumatına görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı Azərbaycan Prezidenti 2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasının gözlənildiyini deyib.

Onun sözlərinə görə, bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək:

"Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir".

Həmçinin dövlət başçısı vurğulayıb ki, Azərbaycan iki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyir.

O qeyd edib ki, bu il "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir:

"Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik".

"İki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da "Abşeron"dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir", - Prezident əlavə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları