Bu ilin I rübündə Dövlət Neft Şirkəti (SOCAR) 417,4 milyon manat mənfəət vergisi ödəyib.
Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% azdır.
Yanvar-mart aylarında SOCAR-ın ödəmələri vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8%-ni təşkil edib. Bu, 1 il əvvələ nisbətən 7,1 faiz bəndi çoxdur.