2025-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 373,9 milyon ABŞ dolları dəyərində mal ixrac edib.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 8,8% azdır.
Həmin il SOCAR-ın idarəsinin ixrac gəlirləri 409,8 milyon dollar təşkil edib.