Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kamran Abdullayev şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.
O, daha əvvəl SOCAR-ın Portfelin İdarəolunması və Optimizasiyası Departamentində Baş İnvestisiya Analitiki vəzifəsində çalışıb.
