“Abşeron Logistika” MMC-nin Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Elşad Namazov "Azerbaijan Ground Services" MMC-yə təyinat alıb.
Yurd.Media xəbər verir ki, bu barədə o, özü məlumat verib.
“Böyük məmnunluq hissi ilə paylaşmaq istəyirəm ki, fəaliyyətimi “Azerbaijan Ground Services”də Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifəsində davam etdirirəm. Bu yeni vəzifədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi üzrə marketinq və kommunikasiya strategiyalarının həyata keçirilməsinə, qurumun korporativ imicinin gücləndirilməsinə, media və ictimaiyyətlə əlaqələrin inkişafına, sərnişin məmnuniyyətinin artırılmasına yönəlmiş kommunikasiya layihələrinin hazırlanması və icrasına, eləcə də rəqəmsal kommunikasiya fəaliyyətlərinin koordinasiyasına rəhbərlik edəcəyəm”, - deyə o qeyd edib.