SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Mikayıl Cabbarov: “Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı

Mikayıl Cabbarov: “Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı

  • 20 sentyabr 2026, 13:01

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub.

Yurd.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, saziş ölkənin enerji potensialından səmərəli istifadəyə, xarici tərəfdaşlarla əməkdaşlığın və investisiya imkanlarının genişlənməsinə mühüm təkan verib.

"Bu tarixi qərarın müəllifi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilir", — deyə M.Cabbarov qeyd edib.

Skat.az - Ev və Avtomobil elanları