Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 155,8 min ton barama istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır.
8 ay ərzində Azərbaycanda 10 057,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2,6% çoxdur.