SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycan elektromobil idxalını 55% azaldıb

Azərbaycan elektromobil idxalını 55% azaldıb

  • 18 sentyabr 2026, 11:22

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 elektromobil idxal edib.

Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,9% azdır.

Son 1 ildə elektromobil idxalına çəkilən xərc isə 62,6% azalaraq 16,55 milyon ABŞ dollarına düşüb.

Bundan başqa, 8 ay ərzində ölkəyə 14 703 hibrid avtomobil gətirilib. Bu isə 1 il əvvələ nisbətən 60,5% azdır.

İl ərzində bu növ avtomobillərin idxalına çəkilən xərc isə 56,3% azalaraq 320,2 milyon dollar təşkil edib.

Skat.az - Ev və Avtomobil elanları