SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar proqnozu 12% artırılır

Dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar proqnozu 12% artırılır

  • 21 sentyabr 2026, 18:29

2027-ci ildə Azərbaycanın dövlət əmlakının özəlləşdirilməsindən daxilolmaların 140 milyon manat təşkil edəcəyi gözlənilir.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 12% çoxdur.

Özəlləşdirmədən daxilolmalar dövlət büdcəsinin kəsirinin aradan qaldırılmasına yönəldilir.

Gələn il büdcədə gözlənilən ümumi daxili məhsulun 2,2%-i qədər və yaxud 3 166 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,3% çoxdur.

Skat.az - Ev və Avtomobil elanları