2027-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 64,5%-ni və yaxud 25,3 milyard manatını vergi-gömrük orqanları təmin edəcək.
Bu barədə "Yurd.Media"ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, gələn il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 18,4 milyard manat (bu illə müqayisədə 9% çox), Dövlət Gömrük Xidməti isə 6,9 milyard manat (eyni qalıb) vəsait köçürməlidir.