SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycanda yun istehsalı 3% azalıb

Azərbaycanda yun istehsalı 3% azalıb

  • 17 sentyabr 2026, 13:06

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 13,9 min ton yun istehsal olunub.

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır.

8 ay ərzində Azərbaycanda 10 057,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu, 1 il əvvələ nisbətən 2,6% çoxdur.

Skat.az - Ev və Avtomobil elanları