Bu ilin yanvar-avqust aylarında Azərbaycanda formalaşmış 44,3 milyard manatlıq pərakəndə ticarət dövriyyəsinin təxminən yarısı – 22,2 milyard manatı ərzaq məhsullarının hesabına formalaşıb.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
İl ərzində ümumi xərcləmələr isə 3,9% artıb.