Bu ilin I yarısında Azərbaycanın xidmətlər balansının kəsiri 1 035,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.
Xidmətlər balansı cari əməliyyatlar balansının tərkib hissəsidir.
Yanvar-iyunda burada profisit 4 737,7 milyon dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,05 dəfə çoxdur.