Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4 745 ədəd yük avtomobili idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% azdır.
Son 1 ildə yük avtomobillərinin idxalına çəkilən xərc isə 29,9% azalaraq 44,7 milyon ABŞ dollarına düşüb.