SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
SOCAR Afrikada neft-qaz çıxaracaq

SOCAR Afrikada neft-qaz çıxaracaq

  • 22 yanvar 2026, 12:21

Dövlət Neft Şirkəti (SOCAR) Afrika qitəsində yerləşən Kot-d'İvuardakı "Baleine" neft-qaz yatağında hasilat işləri ilə məşğul olacaq.

Bu barədə Yurd.Media-ya SOCAR-dan bildirilib.

Məlumata görə, bu məqsədlə yatağın işlənməsi ilə məşğul olan İtaliyanın "Eni S.p.A." şirkətindən 10% iştirak payı alınıb.

Bununla bağlı sazişə SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi imza atıb.

"Baleine" Qərbi Afrikada yerləşir, 2021-ci ildə kəşf edilib və 2023-cü ildə buradan xalis sıfır emissiyalı hasilata start verilib. Yataqdan hər gün 62 min barelq neft və 2,1 milyon kubmetr təbii qaz hasil edilir. Bu rəqəmlərin müvafiq olaraq 150 min barelə və 5,7 milyon kubmetrə çatdırılması planlaşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları