Neftin 1 barel üçün orta illik ixrac qiymətində hər 5 ABŞ dolları dəyişiklik Dövlət Neft Fondunun (ARDNF) gəlirlərində təxminən 0,5 mlrd. dollar dəyişiklik yaradır ki, bu da 1 dollar üçün 100 mln. dollar təsir deməkdir.
Yurd.Media xəbər verir ki, bu barədə ARDNF-nin 2026-cı il büdcəsinə Hesablama Palatasının rəyində bildirilib.
Qeyd edilib ki, beynəlxalq maliyyə institutlarının “Brent” markalı xam neft üzrə 2026-cı il proqnozlarının əsasən 60–65 ABŞ dolları intervalında dəyişəcəyi gözlənildiyi şəraitdə ARDNF 2026-cı il büdcəsinin baza ssenarisini 65 ABŞ dolları qiymət fərziyyəsi əsasında tərtib edib.
Fondun gəlirlərinin formalaşmasında əsas göstəricilərdən biri kimi 2026-cı il üçün 1 barel neftin orta illik ixrac qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. 1 barel neftin orta illik ixrac qiymətində hər 5 ABŞ dolları dəyişiklik Fondun gəlirlərində təxminən 0,5 mlrd. dollar dəyişiklik yaradır ki, bu da 1 dollar üçün 100 mln. dollar təsir deməkdir.