SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Naxçıvanda kredit qoyuluşu 7,54% artıb

Naxçıvanda kredit qoyuluşu 7,54% artıb

  • 06 iyun 2025, 17:32
Naxçıvan

2025-ci ilin yanvar–aprel aylarında Naxçıvanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşunun həcmi 435 milyon 760.9 min manat təşkil edib.

Yurd.Media Mərkəzi Bankın Naxçıvan İdarəsinin məlumatlarına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,54% çoxdur.

Kredit qoyuluşunun demək olar ki, tamamı milli valyutada – 435 milyon 758,5 min manat həcmində həyata keçirilib. Xarici valyutada isə cəmi 1,4 min ABŞ dolları məbləğində kredit verilib.

Ümumi kredit portfelinin 47,8%-i və ya 208 milyon 419,3 min manatı istehlak kreditlərinin payına düşüb.

Prime Leasing