SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Naxçıvan sahibkarlar üçün ən cəlbedici region olacaq

Naxçıvan sahibkarlar üçün ən cəlbedici region olacaq

  • 04 noyabr 2025, 21:47
Naxçıvan

Naxçıvan Muxtar Respublikası gələn ildən etibarən sahibkarlar üçün ən cəlbedici region olacaq.

Yurd.Media xəbər verir ki, 2026-cı ilin dövlət büdcəsi layihəsi çərçivəsində Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən qarşıdakı 10 ildə Muxtar Respublikadakı bütün rezidentlər vergidən azad ediləcəklər. 

Vergidən azad edilmə dövrü 2026-cı ilin əvvəlindən başlayacaq. Təklif olunan dəyişikliyə əsasən, Naxçıvandakı rezidentlərin 2026-cı il yanvarın 1-dən 10 müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin isə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.

Prime Leasing
SPE Annual Caspian