SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Mühəndislikdən rəhbərliyə – SOCAR-da YENİ TƏYİNAT

Mühəndislikdən rəhbərliyə – SOCAR-da YENİ TƏYİNAT

  • 09 sentyabr 2026, 20:37

SOCAR-da uzun illər müxtəlif texniki vəzifələrdə çalışan mütəxəssis karyerasında növbəti mərhələyə yüksəlib.

Yurd.Media "NOCOMMENT.az"a istinadən xəbər verir ki, Pərvin Mirzəzadə SOCAR-ın Mexanika şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Pərvin Mirzəzadə SOCAR-da təxminən 10 ilə yaxındır fəaliyyət göstərir. O, əmək fəaliyyətinə 2016-cı ildə mexaniki sahə mühəndisi kimi başlayıb. Sonrakı illərdə prosesə nəzarət mühəndisi, qazlift kompressor stansiyasının rəis müavini, Texniki xidmət, etibarlılıq və mexaniki bütövlük departamentinin baş mexaniki kimi müxtəlif vəzifələrdə çalışıb.

2026-cı ilin iyun ayından etibarən isə o, SOCAR-ın Mexanika şöbəsinin müdir müavini vəzifəsini icra edir.

Qeyd edək ki, Pərvin Mirzəzadə neft-qaz sənayesində texniki xidmət, etibarlılıq və mexaniki bütövlük istiqamətində uzunmüddətli peşəkar təcrübəyə malikdir.

Skat.az - Ev və Avtomobil elanları