“Əmək Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə yenidən baxılacaq.
Yurd.Media “ARB Xəbər”ə istinadən bildirir ki, vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyən edilir. Hazırda ən aşağı əməkhaqqı 400 manat, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının mütəmadi artırılması praktiki olaraq bütün tarif dərəcələrinə təsir göstərəcək. Bu zaman maaşın minimum səviyyədən aşağı və ya yuxarı olması xüsusi əhəmiyyət daşımır. Ümumilikdə, minimum əməkhaqqının artırılması 700 minə yaxın vətəndaşın maaş artımı ilə nəticələnə bilər.
Qeyd edək ki, Məcəlləyə edilən dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiqlənib. Həmin dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur.