Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov daha bir Şurada sədrlik edəcək.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Müşahidə Şurasının üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.