SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gömrük orqanlarının “büdcə ayıbı”nı vergi orqanları örtüb

Gömrük orqanlarının “büdcə ayıbı”nı vergi orqanları örtüb

  • 02 sentyabr 2025, 14:02

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 160,6 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır.

Gömrük daxilolmaları proqnozdan 1,9 % az icra edilib.

Əvəzində 8 ayda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3% çoxdur. Vergi daxilolmaları proqnozdan 5,4% çox icra edilib.

Prime Leasing