SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”ndə yeni təyinat olub

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”ndə yeni təyinat olub

  • 20 oktyabr 2025, 13:01

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyində (İB) İcra Aparatının üzvü və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyinat olub.

Yurd.Media xəbər verir ki, bu vəzifə jurnalist Orxan Əliyə həvalə olunub.

“AQC sədri Vüqar Oruc ilə birlikdə bu sahədə ölkəmizin inkişafına töhfə verməyə davam edəcəyik. Hörmətli həmkarlarım AQC ilə bağlı sualları mənə ünvanlaya bilər. Qarşılıqlı əməkdaşlığımızın faydalı olacağına əminəm. Ölkəmiz üçün xeyirli, uğurlu olsun!”, - deyə o qeyd edib.

O. Əli vaxtilə müxtəlif media qurumlarında, “İrəli” İB-də və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ictimaiyyətlə əlaqələr üzrə vəzifələrdə çalışıb.

Prime Leasing