2027-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 386 milyon manatının və yaxud 32,1%-nin əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,85% çoxdur. ƏDV üzrə daxilolmaların 4 686 milyon manatını və yaxud 49,9%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 700 milyon manatını və yaxud 50,1%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək.
Bunlar isə 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 4,9% çox və 1,05% azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 234 milyon manat, xərclərinin isə 42 400 milyon manat olacağı gözlənilir.