SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Dövlət Vergi Xidmətinin “ƏDV geri al” xərcləri artıb

Dövlət Vergi Xidmətinin “ƏDV geri al” xərcləri artıb

  • 06 fevral 2026, 13:23

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarına 19,7 milyon manat əlavə dəyər vergisi (ƏDV) qaytarıb.

Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur.

Ödəniş Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi çərçivəsində həyata keçirilib.

Bunun 0,8 milyon manatı xarici vətəndaşlara yönəlib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları