Daşkəsən dəmir filiz yatağındakı tunelin müayinəsi aparılacaq

Daşkəsən dəmir filiz yatağındakı tunelin müayinəsi aparılacaq

  • 15 aprel 2025, 17:32
Daşkəsan

Daşkəsən dəmir filiz yatağından keçən Qoşqarçay çayı üzərində yerləşən mövcud hidrotexniki tunelin müayinəsi aparılacaq.

"Yurd.Media" xəbər verir ki, bununla bağlı hazırlıqlar başa çatdırılıb.

Tunelin müayinəsi S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən aparılacaq.

Bununla əlaqədar olaraq "Daşkəsən Dəmir Filiz" MMC qeyd olunan instituta 86 min manat ödəniş edib.