Bu ilin ilk üç ayı ərazində Azərbaycanda Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin qeyri-neft məhsulu ixracı 87,8% azalıb.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nda qeyd olunub.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-mart aylarında SOCAR Qaz İxrac İdarəsi 2,8 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Halbuki İdarə 2025-ci ilin yanvar-martında 23 milyon dollarlıq məhsul ixrac etmişdi.