SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
AzRusTrans səhmlərini dövriyyədən çıxarır

"AzRusTrans" səhmlərini dövriyyədən çıxarır

  • 10 dekabr 2025, 09:58

"Azərbaycan Dəmir Yolları” QSC-nin Rusiyanın taxılın dəmir yolu ilə daşınması üzrə operatoru “Rusaqrotrans” QSC ilə birlikdə yaratdığı "AzRusTrans" QSC ləğv edilməsi ilə əlaqədar ona məxsus səhmləri dövriyyədən çıxardığını elan edib.

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Xatırladaq ki, "AzRusTrans" 2016-cı ildə Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 150 min manatdır.

Şirkət Azərbaycanda taxıl daşınması üçün özəl vaqon parkına sahibdir.

Prime Leasing
SPE Annual Caspian