2025-ci ildə dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin orta qiyməti dövlət büdcəsində nəzərdə tutulandan 1,5 ABŞ dolları az – 68,5 dollar təşkil edib.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Əvəzində əmtəə birjalarında təbii qazın 1 000 kubmetrinin orta qiyməti büdcə qiymətindən 47 dollar çox – 289 dollar olub.