Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarəyə verdiyi əmlakların hesabına büdcəyə 22,2 milyon manat vəsait köçürüb.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.
5 ay ərzində icarə daxilolmaları proqnozdan 13,3% çox icra edilib.