SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda gələn il ehtiyac meyarı 15 manat artırılacaq

Azərbaycanda gələn il ehtiyac meyarı 15 manat artırılacaq

  • 20 noyabr 2025, 19:14

Azərbaycanda gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq.

Yurd.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Prime Leasing
SPE Annual Caspian