SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycanda adambaşına düşən gəlir 9 min manata çatır

Azərbaycanda adambaşına düşən gəlir 9 min manata çatır

  • 09 iyun 2026, 12:16

Azərbaycanda adambaşına düşən gəlir orta hesabla 9 min manata çatır.

Yurd.Media "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinə istinadən xəbər verir ki, 2025-ci il ərzində ölkə əhalisinin gəlirləri 2024-cü ilə nisbətən nominal ifadədə 8 faiz artaraq 89.9 milyard manat təşkil edib, əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 8 777.6 manata çatıb.

Bildirilib ki, 2025-ci ildə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənib.

Tədiyə balansının cari hesabı üzrə profisit 3.5 milyard dollar (ÜDM-in 4.6 faizi) təşkil edib, kapital və maliyyə hesablarında 5 milyard dollar məbləğində kəsir yaranıb, ehtiyat aktivləri isə 1 milyard 444.1 milyon dollar azalıb.

2025-ci il ərzində əmtəə bazarlarında qiymətlər geosiyasi risklərin artması şəraitində formalaşmış, "Azeri Light" markalı neftin bir barelinin ortaillik qiyməti 71 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Bu, 2025-ci ilin dövlət büdcəsinin tərtibi zamanı əsas götürülmüş göstəricidən (70 ABŞ dolları) 1.4 faiz çoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları