SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Biləcəri stansiyasından Ermənistana 800 tondan çox gübrə yola salındı

Biləcəri stansiyasından Ermənistana 800 tondan çox gübrə yola salındı

  • 09 iyun 2026, 12:53
Bakı

Bugün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə daha 18 vaqon yola salınıb.

Yurd.Media xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Belə ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları