Azərbaycan hökuməti bu il təbii qazın hər 1 000 kubmetrini ötən illə müqayisədə təxminən 82 % çox – 440 ABŞ dollarına satmağı və dövlət büdcəsinə daha çox gəlir qazandırmağı planlaşdırır.
Yurd.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.
Əvəzində neftdən dövlət büdcəsinə daxilolmalar azalmalıdır.
Əvvəlcədən də deyildiyi kimi, bu il "Azeri Light" markalı Azərbaycan neftinin büdcə qiyməti ötən ilə nisbətən 5 dollar az – 65 dollar olacaq.