SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Azerbaijan Metal Company” qeydiyyatdan keçib

“Azerbaijan Metal Company” qeydiyyatdan keçib

  • 23 sentyabr 2025, 16:04
Daşkəsən

“Azerbaijan Metal Company” MMC 18 avqustda dövlət qeydiyyatına alınıb. 

Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir. 

Məlumata əsasən, yeni şirkətin təsisçiləri “AzerGold” QSC-yə məxsus “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın investisiya şirkəti “Fonte GreenMet Investments Fund”, hüquqi ünvanı Daşkəsən rayonu, İsmət Qayıbov küçəsi, 1, qanuni təmsilçisi isə Ceyhun Mehdi oğlu Əliyevdir.

Kommersiya qurumunun ilkin nizamnamə kapitalı 600 min ABŞ dolları təşkil edir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları