Azərbaycan ilə Belarusu strateji tərəfdaşlıq birləşdirir. Bu tərəfdaşlıq zamanın sınağından çıxıb və ölkələrimizin liderlərinin qarşılıqlı münasibətləri bunun parlaq təsdiqidir.
Yurd.Media xəbər verir ki, bu sözləri Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə geniş tərkibdə görüş zamanı deyib.
Belarus hökumətinin başçısı bildirib: “Münasibətlərimizin “məhək daşı” ən geniş sahələri əhatə edən və yüksək intensivliyi ilə seçilən iqtisadi-ticari əməkdaşlıqdır. Keçən il əmtəə dövriyyəmizdə böyük rəqəmlər qeydə alınıb. Biz buna sevinməyə bilmərik, belə ki, zənnimcə, bizim hələ birlikdə səy göstərəcəyimiz hədəflər vardır. Biz ərazilərin bərpası məsələsi üzərində dayandıq və bu gün problemin kompleks həllinə dair təkliflər üzərində birlikdə düşünməyə hazırıq. Bu, həm mənzil tikintisi, həm də, ən başlıcası, istehsalat sahəsidir, çünki əlbəttə, ilk növbədə, insanlara iş, əməkhaqqı lazımdır. Bunlar, həmçinin bu gün Azərbaycan tərəfi ilə daha sıx müzakirə etməyə hazır olduğumuz mövzulardır. Əlbəttə ki, sənaye korporasiyasının inkişafı, əməkdaşlığın yeni istiqamətləri, yanğınsöndürmə texnikası, xüsusi kommunal texnika və başqa sahələr də var”.