SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Ağdamda daha iki məhəllənin salınmasına başlanılır

Ağdamda daha iki məhəllənin salınmasına başlanılır

Ağdam

Ağdam şəhəri 4 nömrəli yaşayış massivində yeni binalar tikiləcək.

Bu barədə Yurd.Media-ya Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətindən məlumat verilib.

Yaşayış massivində 3 və 4-cü məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərini "Merkuri-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyət aparacaq.

Bu iş üçün 17 milyon 400 min manat vəsait sərf olunacaq.