SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ağdamda daha bir sənaye məhsullarının istehsalı obyekti qurulacaq

Ağdamda daha bir sənaye məhsullarının istehsalı obyekti qurulacaq

  • 05 may 2026, 22:29
Ağdam

İşğaldan azad olunmuş ərazilərdə daha bir birgə müəssisənin qurulması planlaşdırılır.

Yurd.Media xəbər verir ki, Azərbaycan Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edib.

Müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov ilə keçirilən görüşdə aparılıb.

Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.

Görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları