SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanıldı

Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanıldı

  • 20 may 2025, 16:16
Ağdam

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Özbəkistana divar kağızlarının ixracına başlanılıb.

Yurd.media xəbər verir ki, Trend-ə İZİA-nın mətbuat katibi Elçin Kazımlı məlumat verib.

O bildirib ki, sözügedən ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsulun göndərilməsi nəzərdə tutulub: "Qeyd edək ki, “Mister Decor” MMC Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində divar kağızlarının istehsalını həyata keçirir. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir".

Prime Leasing